“Mançester Yunayted” “Siti”nin 17 yaşlı futbolçusunu transfer edib

24 Sentyabr 2026 21:33
82
“Mançester Yunayted” “Siti”nin 17 yaşlı futbolçusunu transfer edib

17 yaşlı ingiltərəli futbolçu Karim Kassim “Mançester Siti”dən “Mançester Yunayted”ə keçidini tamamlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə “The Athletic” jurnalisti Lori Uituell məlumat yayıb.

“Yunayted”də Kassimin gələcəkdə əsas heyət oyunçusu ola biləcəyinə inanırlar. Klub onun transferini gənc istedadların cəlb edilməsi istiqamətində həyata keçirilən işin bir hissəsi kimi qiymətləndirir.

Kassim “Mançester Yunayted”ə “Siti”dən azad agent kimi keçib. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 13 oyunda iştirak edib və 3 qol vurub.

İdman.Biz