Premyer Liqanın rəmzi komandası

Xəbərlər
28 May 2024 16:33
96
Premyer Liqanın rəmzi komandası

Premyer Liqa mövsümün rəmzi komandasını təqdim edib.

İdman.biz xəbər verir ki, “11-lik” azarkeşlər arasında səsvermə ilə müəyyənləşib.

2023/24 mövsümünün komandasında “Mançester Siti” və “Arsenal” daha çox oyunçu ilə təmsil olunub. Bu klubların hərəsindən dörd futbolçu heyətə daxil edilib.

Qapıçı: David Raya (“Arsenal”);

Müdafiəçilər: Ben Uayt, Uilyam Saliba, Qabriel Maqalyaeş (hamısı "Arsenal"), Trent Aleksander-Arnold (Liverpul);

Yarımmüdafiəçilər: Koul Palmer ("Çelsi"), Kevin De Bruyne, Rodri, Filip Foden (hamısı "Mançester Siti");

Hücumçular: Olli Uotkins (“Aston Villa”), Erlinq Haland (“Mançester Siti”).

Qeyd edək ki, mövsüm bitdikdən sonra müxtəlif nəşrlər və versiyalar da öz “11-liy”ini müəyyənləşdirib.

İdman.biz

Məqalədə: