Azərbaycan yığmasının üzvü Renat Dadaşovun komandası Türkiyə Superliqasında qalıb.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Hatayspor” son turda bu vəzifənin öhdəsindən gəlib.
Hatay klubu qələbə qazanmalı və rəqiblərinin xal itirməsinə ümid etməli idi. Renatın komandası evdə “Rizəspor” 2:0 hesabı ilə qalib gəlib. “Konyaspor” öz meydanında “Qalatasaray”a, “Ankaragücü” isə səfərdə “Trabzonspor”a uduzub. Nəticədə “Hatayspor” 41 xalla mövsümü 16-cı pillədə başa vurub.
Dadaşov 17 dəqiqə meydanda olub. O, 73-cü dəqiqədə Beyazı əvəzləyib.
İdman.biz