“Fənərbaxça”nın italiyalı müdafiəçisi Leonardo Bonuççi karyerasını bitirdiyini açıqlayıb.
İdman.biz xəbər verir ki, bu barədə İstanbul klubunun saytı məlumat yayıb.
Bonuççi “Fənərbaxça”nın heyətində çempion kimi futbolla vidalaşmaq arzusunu bildirib: “Möhtəşəm ailənin üzvü olduğuma görə çox şadam. Son döyüşə çıxacağıq. Karyeramı çempion kuboku başım üzərinə qaldıraraq bitirmək istəyərdim”.
Uzun illər "Yuventus"da çıxış edən Leonardo 9 dəfə İtaliya çempionu olub.
Qeyd edək ki, bu gün Türkiyə Superliqasında son turun oyunları keçiriləcək. “Qalatasaray” Konya səfərində uduzarsa, “Fənərbaxça” isə “İstanbulspor”a qalib gələrsə Bonuççinin arzusu gerçəkləşəcək.
İdman.biz