“Mançester Siti”dən səs-küylü açıqlama: “Təqsirsizliyimizi sübut edəcəyik”

28 Sentyabr 2026 22:08
92
“Mançester Siti”dən səs-küylü açıqlama: “Təqsirsizliyimizi sübut edəcəyik”

“Mançester Siti” futbol klubunun rəhbəri Haldun əl-Mübarək İngiltərə Premyer Liqasının maliyyə qaydalarının pozulması ilə bağlı iş üzrə qərar barədə mediada yayılan xəbərlərin fonunda azarkeşlərə müraciət edib.

İdman.Biz xəbər verir ki, klub rəhbərliyi araşdırmanın hələ başa çatmadığını vurğulayır. “Mançester Siti” təqsirsiz olduğunu iddia etməkdə davam edir.

“Klubun təqsirsizliyini sübut etmək inamımız və niyyətimiz ən əvvəldə olduğu kimi güclüdür. Mövqeyimizdə niyə bu qədər əmin olduğumuzu anlamağınıza kömək etmək üçün sizinlə bir çox şeyi bölüşmək istərdim. Lakin məhkəmə prosesinin ciddi məxfiliyi və bizim buna əməl etmək istəyimiz hazırda bunu etməyə imkan vermir. Hətta bu məktub da tələblərə uyğunluğunu təmin etmək üçün bir neçə hüquqi yoxlamadan keçib”, – deyə əl-Mübarək bildirib.

Müraciətə mediada “Mançester Siti”nin maliyyə qaydalarını pozmaqda ittiham olunduğu 115 bənddən 114-ü üzrə təqsirli bilinməsi barədə xəbərlərin yayılması səbəb olub.

Bununla belə, iş üzrə rəsmi yekun qərar hələ dərc edilməyib. Klubda vurğulayırlar ki, hüquqi proses davam edir və nəzərdə tutulmuş prosedurlar çərçivəsində öz mövqelərini müdafiə etmək niyyətindədirlər.

İdman.Biz