Sissedən Runi və sabiq hakimə sərt cavab: “Bu cəfəngiyyata imkan verməyəcəyəm!”

28 Sentyabr 2026 22:51
71
Sissedən Runi və sabiq hakimə sərt cavab: “Bu cəfəngiyyata imkan verməyəcəyəm!”

“Liverpul” və “Marsel”in sabiq futbolçusu Cibril Sisse Premyer Liqanın keçmiş hakimi Mayk Dinin KPR-in “Mançester Siti”nin 2012-ci ildəki çempionluğundakı rolu ilə bağlı açıqlamalarına sərt cavab verib.

İdman.Biz xəbər verir ki, 2011/12 mövsümü İngiltərə futbol tarixinin ən dramatik finallarından biri ilə başa çatıb. “Mançester Siti” əlavə olunmuş vaxtda Edin Dzeko və Serxio Aqueronun qolları sayəsində KPR-i 3:2 hesabı ilə məğlub edərək top fərqinə görə çempionluğu “Mançester Yunayted”in əlindən alıb.

Meydana çıxan köhnə videoda Din və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi həmin oyunu müzakirə edərək KPR-in çıxışı ilə bağlı mübahisələri yenidən gündəmə gətiriblər. İddialara görə, həmin vaxt digər oyunların nəticələri KPR-in Premyer Liqada qalmasını təmin etdiyindən, komanda oyunun sonuna qədər üstünlüyünü qorumaq üçün kifayət qədər mübarizə aparmayıb.

Həmin qarşılaşmada KPR-in heyətində yer alan Sisse “X” sosial şəbəkəsində bu müzakirəyə sərt reaksiya verib.

“Mən sizin bu cür cəfəngiyat danışmağınıza imkan verməyəcəyəm! Gəlin normal görüşək və bu haqda danışaq. Çünki sizin bu sayıqlamalarınızı daha qəbul edən deyiləm, gəlin bunu edək”, – deyə Sisse yazıb.

İdman.Biz