Minifutbol üzrə Çempionlar Liqası: “Birbaşa Bakı” və “Zirə” mübarizəyə başlayır

25 Sentyabr 2026 09:50
71
Minifutbol üzrə Çempionlar Liqası: “Birbaşa Bakı” və “Zirə” mübarizəyə başlayır

“Birbaşa Bakı” və “Zirə” komandaları bu gün İspaniyanın Kambrils şəhərində keçirilən minifutbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəyə başlayacaqlar.

İdman.Biz xəbər verir ki, “Birbaşa Bakı” bu mərhələdə İngiltərənin “Bukovina Badeuti” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.

“Zirə” isə Monteneqronun “Sbbet” kollektivi ilə üz-üzə gələcək. Bu qarşılaşmanın startı saat 16:00-a təsadüf edəcək.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən digər komanda “Aznur” qrup mərhələsini keçə bilməyərək turnirdə mübarizəni dayandırıb.

İdman.Biz