Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella UEFA Millətlər Liqasının ikinci turunda İtaliya ilə keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.
İdman.Biz xəbər verir ki, baş məşqçi UEFA-nın rəsmi saytına açıqlamasında oyunda topa daha çox nəzarət etmək istədiklərini bildirib.
“Birinci turun oyunu ilə müqayisədə, biz topa daha çox nəzarət etmək istəyirik. Təşəbbüsə daha əminliklə sahib olmalıyıq, bunu anlayırıq və meydanda özümüzü lazımi şəkildə göstərmək istəyirik”, – deyə Montella vurğulayıb.
“Bursa Böyükşəhər Bələdiyyə” stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi İngiltərədən olan Maykl Oliver olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Türkiyə Millətlər Liqasının birinci turunda Fransaya 0:1 hesabı ilə məğlub olub.
Növbəti turda Türkiyə oktyabrın 2-də Belçika ilə, İtaliya isə həmin gün Fransa ilə qarşılaşacaq.
