Ançelottidən tənqidlərə cavab: “Təsiri? Sıfır”

28 Sentyabr 2026 23:04
59
Ançelottidən tənqidlərə cavab: “Təsiri? Sıfır”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandanın sükanı arxasındakı fəaliyyətinə yönələn tənqidlərə münasibət bildirib.

İdman.Biz UOL-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis tənqidi qiymətləndirmələrin onun planlarına heç bir təsir göstərmədiyini vurğulayıb.

“İşimlə bağlı tənqidlər həmişə olub və həmişə də olacaq. Bu tənqidlər mənim bu komandanın və bu oyunçuların gələcəyinə olan baxışıma təsir etmir. Tənqidlərin mənim gələcəyə baxışıma nə kimi təsiri ola bilər ki? Sıfır”, – deyə Ançelotti bildirib.

Qeyd edək ki, sentyabrın 25-də Braziliya yoldaşlıq oyununda Avstraliya ilə 1:1 hesablı heç-heçə edib. Komandalar sentyabrın 29-da yenidən qarşılaşacaq. Braziliya millisi oktyabrın 3-də isə Hindistanla oynayacaq.

Ançelotti 2025-ci ilin iyunundan Braziliya millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 18 matçda 10 qələbə qazanıb, 4 heç-heçə edib və 4 məğlubiyyət alıb.

İdman.Biz