Krunoslav Renduliç: “Avropaya getməyə layiq biz idik”

Xəbərlər
25 May 2024 22:02
123
Krunoslav Renduliç: “Avropaya getməyə layiq biz idik”

"Oyun haqda heç nə deyə bilmərəm. Futbolçularım qəhrəmandır”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXXVI turunda “Neftçi” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib: “Gəldiyimdən bəri 11 oyun keçirmişik və 8 qələbə qazanmışıq. Avropaya getməyə layiq biz idik. Bura gələndə demişdim ki, sona qədər 2-ci yer uğrunda mübarizə aparacağıq. Səhv də edə bilərik. Futbolçularım mükəmməl oyun sərgilədilər. Fikrimcə, ilk saniyədən sona qədər daha yaxşı idik. Çox xoşbəxtik.

Daha çox özüm-özümün qarşısına məqsəd qoymuşdum. Bura gələrkən, 5-ci 6-ci yerlər uğrunda vuruşmağa gəlməmişdim. Həmişə yüksək məqsədlər istəmişəm. Bəzən buna çata bilirsən, bəzən də yox. Yüksək səviyyə varsa, məqsədlərə nail olacaqsan".

Krunoslav Renduliç avrokuboklardakı hədəflərdən də danışıb: “Məncə, hazırda biz qələbəni qeyd etməliyik. Hansı mövqelərə transfer lazım olduğunu bilirik. Vaxtımız da yoxdur. Əminliklə deyə bilərəm ki, bəzi oyunçular gətirəcəyik. Nə vaxt olacağını demək çətindir. Oyunçuları vaxtında gətirmək istəyirik”.

“Sabah”ın baş məşqçisi fasilədə futbolçulardan aqressiv oynamalarını istəyib: “Heç nə demədim, sadəcə bildirdim ki, birinci hissəni əla oynadız, ikinci hissəni də aqressiv oynamalısız. "Neftçi"yə bir, bizə üç xal lazım idi. İstədiyimiz üç xalı da qazandıq”.

Qeyd edək ki, “Sabah” mövsümü 3-cü pillədə başa vuraraq, Konfrans Liqasına vəsiqə qazanıb.

İdman.biz