Qvardiola rekordun bir addımlığında

Xəbərlər
25 May 2024 09:44
125
Qvardiola rekordun bir addımlığında

“Böyük beşlik” liqalarında ən çox çempion olan baş məşqçilər müəyyənləşib.

İdman.biz xəbər verir ki, İFFHS ən azı 8 qızıl medal qazanan mütəxəssislərin siyahısını açıqlayıb.

Cədvələ Aleks Ferqyuson başçılıq edir. “Mançester Yunayted”in sabiq çalışdırıcısı 13 dəfə İngiltərə çempionu olub.

“Mançester Siti” ilə 6-cı uğurunu qazanan Pep Qvardiola rekordun bir addımlığındadır. O, “Barselona” və “Bavariya”nın hərəsində 3 çempionluğa sevinib.

1. Aleks Ferqyuson - 13
2. Pep Qvardiola – 12
3. Migel Munyos – 9
4-6. Albert Batto – 8
Udo Lattek – 8
Covanni Trapattoni – 8

İdman.biz

Məqalədə: