“Qarabağ”ı səfərdə dəstəkləmək istəyənlər biletləri yalnız İslandiyada ala biləcəklər

14 İyul 2026 01:06
145
“Qarabağ”ı səfərdə dəstəkləmək istəyənlər biletləri yalnız İslandiyada ala biləcəklər

“UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Vestri” (İslandiya) - “Qarabağ” FK matçını "Thróttarvöllur"da izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlərimiz oyun günü oyunun start fitindən 1 saat öncə stadionun “Away” sektorunun girişinin qarşısında biletlərin əldə edə bilərlər”.

İdman.Biz biz bildirir ki, “Qarabağ” klubu belə bir açıqlama ilə çıxış edib.

“Biletlərin qiyməti 21 avrodur və bilet satışı yalnız nağd ödəniş üsulu ilə həyata keçiriləcək.

Bilet əldə etmək istəyən şəxslərdən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun”, - açıqlamada bildirilir.

Qeyd edək ki, “Vestri” – “Qarabağ” oyunu iyulun 16-ı saat 23:59-da (Bakı vaxtı ilə) start götürəcək.

İlk oyun 3:0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.

İdman.Biz