“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində İslandiyanın “Vestri” klubu ilə cavab oyununa hazırlaşır.

İdman.Biz bu barədə klubun mətbuat xidmətinə istinadən bildirir.
View this post on Instagram
Komandanın oyunçuları bu gün “Azersun Arena”da növbəti məşqlərini keçiriblər.
Xatırladaq ki, “Vestri” - “Qarabağ” oyunu iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Görüş 1596 tamaşaçı tutumuna malik “Torfnesvöllur” stadionunda keçiriləcək.
Bakıdakı ilk oyunda “Qarabağ” üç cavabsız qolla qalib gəlib.
Qolları Zakaria Savo (30), Abdullah Zubir (45+2) və Renaldo Sefas (86) vurublar.






