“Neftçi” FK-nın yeni transferləri azarkeşlərlə görüşəcək - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

13 İyul 2026 16:58
104
“Neftçi” FK-nın yeni transferləri azarkeşlərlə görüşəcək - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Azərbaycanın “Neftçi” futbol klubu yeni mövsüm ərəfəsində azarkeşləri ilə görüş keçirəcək.

İdman.Biz xəbər verir ki, görüş iyulun 18-də "Palms Sports Arena"da təşkil olunacaq.

Tədbirin vaxtı komandanın məşq proqramına uyğun şəkildə müəyyənləşdirilib.

Görüş zamanı azarkeşlər yeni transferlərlə tanış olmaq, futbolçularla ünsiyyət qurmaq və mövsüm öncəsi komandaya dəstək göstərmək imkanı qazanacaqlar.

Klub bütün azarkeşlərini tədbirdə iştirak etməyə dəvət edib.

Qeyd edək ki, məlumatı “Neftçi” futbol klubunun mətbuat katibi Asəf Zeynallı İdman.Biz-ə təsdiqləyib.

İdman.Biz
Məqalədə: