Şahruddin Məhəmmədəliyev “Qarabağ”dan ayrılır

13 İyul 2026 15:27
476
Şahruddin Məhəmmədəliyev “Qarabağ”dan ayrılır

“Qarabağ” futbol klubu qapıçısı Şahruddin Məhəmmədəliyev ilə yolları ayırır.

İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvünün yaxın vaxtda “Qarabağ”dan getdiyi rəsmən açıqlanacaq.

32 yaşlı oyunçunun “köhlən atlar”la müqaviləsi yayda başa çatıb.

O, ötən mövsüm “Qarabağ”ın heyətində altı oyun keçirib.

İdman.Biz