Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi iyulun 17-də İranın 21 yaşlılardan ibarət yığma komandası ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
