“Kəpəz” Portuqaliya millisinin keçmiş üzvünü heyətinə qatdı

13 İyul 2026 19:47
209
“Kəpəz” Portuqaliya millisinin keçmiş üzvünü heyətinə qatdı

Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz” futbol klubu yeni mövsümdə ilk transferini rəsmiləşdirib.

İdman.Biz bu barədə klubun mətbuat xidmətinə istinadən bildirir.

Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb. Tam adı Paulo Rojerio Veyqa dos Santos olan qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Portuqaliyalı qolkiper son olaraq İsrailin “İroni Tiberias” klubunda çıxış edib. “Braqa”nın yetirməsi olan 26 yaşlı çərçivə qoruyucusu 2024-2025-ci illər mövsümündə də “sarı-göylər”in formasını geyinib.

Rojerio Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının üzvü olub.

İdman.Biz