“Çelsi” Poçettinonu istefaya göndərib

Xəbərlər
21 May 2024 22:30
282
“Çelsi” Poçettinonu istefaya göndərib

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino istefaya göndərilib.

İdman.biz xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Argentinalı mütəxəssisin klubun idman direktorları Pol Uinstenli və Lourens Styuartla, eləcə də səmdarlardan biri Bexdad Eqbali ilə görüşündən sonra belə qərar çıxarılıb. Məlumatda Poçettino ilə ayrılığın müsbət məcrada davam etdiyi açıqlanıb. Tərəflər qarşılıqlı surətdə müqaviləyə xitam veriblər.

Qeyd edək ki, “Çelsi” 52 yaşlı məşqçinin rəhbərliyi ilə 2023/2024 mövsümünü 6-cı pillədə başa vurub. O, London klubuna ötən il iyulun 1-dən rəhbərlik edirdi.

İdman.biz