Bundesliqanın ən yaxşısı - Florian Virts

Xəbərlər
20 May 2024 18:27
389
Bundesliqanın ən yaxşısı - Florian Virts

“Bayer”in yarımmüdafiəşisi Florian Virts Almaniya çempionatının ən yaxşısı seçilib.

İdman.biz xəbər verir ki, bu barədə Bundesliqanın rəsmi saytı açıqlama yayıb.

Virts 2023/2024 mövsümündə ölkə çempionatında 32 oyunda meydana çıxıb, 11 qol və 12 ötürmə ilə yadda qalıb. Gənc futbolçu qitənin aparıcı klublarının diqqət mərkəzinə düşüb. Onun transfer qiyməti 110 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, “Bayer” tarixində ilk dəfə Almaniya çempionu olub. Komanda mövsümü məğlub olmadan bitirib.

İdman.biz