1-ci Liqa: Çempion lider və autsayderin görüşündə müəyyənləşəcək

16 May 2024 18:59
444
1-ci Liqa: Çempion lider və autsayderin görüşündə müəyyənləşəcək

Azərbaycan çempionatının 1-ci Liqasında sona 1 tur qalmış lider dəyişib.

İdman.biz xəbər verir ki, liderlərin görüşündə “Şamaxı” əzmkar qələbə qazanıb.

“Qaradağ-Lökbatan” növbəti dəfə xal itirərək, liderliyi əldən verib. 3:2 hesabı ilə qalib gələn “Şamaxı” 54 xalla 1-ci pilləyə yüksəlib. Rəqib komanda 53 xalla 2-ci pillədə qərarlaşıb.

Günün digər matçında “İmişli” səfərdə son pillədə qərarlaşan “Araz Saatlı”ya 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Şamaxı" son turda öz meydanında autsayder “Araz Saatlı”, “Qaradağ-Lökbatan” isə səfərdə “Mingəçevir”lə qarşılaşacaq.

İdman.biz