“Barselona” son 10 mövsümdə Çempionlar Liqasında ən çox qırmızı vərəqə alıb

15 Aprel 2026 23:21
165
“Barselona” son 10 mövsümdə Çempionlar Liqasında ən çox qırmızı vərəqə alıb

“Barselona”nın müdafiəçisi Erik Qarsiyanın 2025/26 mövsümünün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin “Atletiko Madrid”ə qarşı (2:1) cavab oyununda aldığı qırmızı vərəqə “blauqrana”nın son 10 Çempionlar Liqası mövsümündə 13-cü qırmızı vərəqəsi olub.

İdman.Biz bildirir ki, komandalar Madriddəki “Riyad Air Metropolitano” stadionunda oynayıblar. Hakim Kleman Türpen olub.

Son 10 mövsümdə heç bir komanda Çempionlar Liqasında bu qədər qırmızı vərəqə almayıb. Kataloniya klubunun 13 qovulmasından altısı birbaşa olub. Bu, Qarsiyanın Çempionlar Liqasında aldığı üçüncü qırmızı vərəqə idi. “Blauqrana”nın müdafiəçiləri Pau Kubarsi və Ronald Arauxo hərəyə iki dəfə qırmızı vərəqə alıblar.

İdman.Biz