Pro Liqa: “Əl-Nəsr” “Əl-İttifaq”ı məğlub edib

16 Aprel 2026 00:13
171
Pro Liqa: “Əl-Nəsr” “Əl-İttifaq”ı məğlub edib

Səudiyyə Ərəbistanı Pro Liqasının 29-cu turunun “Əl-Nəsr” və “Əl-İttifaq” komandaları arasında oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl-Əvvəl Park” stadionunda qarşılaşıblar. Ev sahibi komanda 1:0 hesabı ilə qalib gəlib.

Oyunun yeganə qolunu 31-ci dəqiqədə “Əl-Nəsr”in hücumçusu Kinqsli Koman vurub. 90+5-ci dəqiqədə qonaq müdafiəçi Cek Hendri qırmızı vərəqə alıb. Portuqaliyalı Kriştianu Ronaldu oyuna start heyətində başlayıb və 89 dəqiqə meydanda olub.

“Əl-Nəsr” hazırda Səudiyyə Ərəbistanı Premyer Liqasının turnir cədvəlində birinci yerdədir. Jorje Jezusun komandası ən yaxın rəqibi “Əl-Hilal” üzərində üstünlüyünü səkkiz xala çatdırıb. “Əl-İttifaq” 42 xalla yeddinci yerdədir.

İdman.Biz