Roy Kin hakimliyi sərt tənqid etdi

31 May 2026 10:13
66
Roy Kin hakimliyi sərt tənqid etdi

İrlandiyalı sabiq futbolçu Roy Kin Çempionlar Liqasının finalında hakimin verdiyi qərarlara sərt münasibət bildirib.

İdman.Biz xəbər verir ki, keçmiş yarımmüdafiəçi PSJ - “Arsenal” finalında bəzi epizodlarda hakimin və VAR sisteminin qərarlarını tənqid edib.

O, cərimə meydançasında əllə oyun epizodlarına lazımi reaksiya verilmədiyini deyib:

“Bu, sadəcə biabırçılıqdır. Hakim nəhayət fitini səsləndirsin deyə daha nə qədər əllə oyun olmalıdır? Biz bunu Sakada və digərlərində gördük - əllər açıq vəziyyətdədir, hərəkət aydındır, amma reaksiya sıfırdır. Hakimlər yenə qərar verməkdən qorxur və bütün həlledici epizodları “Arsenal”ın xeyrinə həll edirlər”.

Roy Kin VAR sisteminin mövcudluğuna baxmayaraq, əsas məqamlarda səhvlərə yol verildiyini də bildirib:

“Onlarda VAR, bütün texnologiyalar var, amma ən vacib anlarda yenə səhv edirlər. Bu, qəbuledilməzdir. Futbolçulara həddən artıq çox şeyə icazə verilir, çünki hakim çox zəifdir. Belə qərarlar futbolu korlayır və bütün turnir bunu artıq göstərdi”.

Qeyd edək ki, Çempionlar Liqasının finalında PSJ əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunda “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Görüşdə almaniyalı referi Daniel Zibert baş hakim olub.

İdman.Biz