“Bavariya”nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının dörddəbir finalının “Real Madrid”ə qarşı ilk oyununda start heyətində meydana çıxıb.
İdman.Biz bildirir ki, bu, alman qapıçının Münhen təmsilçisinin Avropanın əsas turnirində start heyətində 137-ci oyunudur. O, Çempionlar Liqasında bir komandanın start heyətində ən çox oyun keçirən “Barselona”nın keçmiş hücumçusu Lionel Messini (136) geridə qoyub.
Çempionlar Liqasında bir klubun start heyətində ən çox oyun keçirən oyunçu “Real Madrid”in keçmiş qapıçısı İker Kasilyasdır (149).
