İngiltərə Kosta Rikaya böyük hesabla qalib gəlib

11 İyun 2026 03:10
524
İngiltərə Kosta Rikaya böyük hesabla qalib gəlib

İngiltərə və Kosta Rika arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar ABŞ-ın Orlando şəhərindəki “Exploria” stadionunda qarşılaşıblar.

İngiltərə komandası 3:0 hesabı ilə qalib gəlib.

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays 10-cu dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi Entoni Qordon 68-ci dəqiqədə penaltidən dəqiq zərbəni dəqiq yerinə yetirib. 87-ci dəqiqədə hücumçu Olli Uotkins hesabı 3:0-a çatdırıb.

İngiltərə milli komandası DÇ-2026-da iştirak edəcək. Turnirdə İngiltərə Xorvatiya, Qana və Panama ilə L qrupunda oynayacaq. Kosta Rika dünya çempionatına vəsiqə qazana bilməyib.

İdman.Biz