“Sabah”ın iki futbolçusu Çempionlar Liqasında liderlər arasındadır

8 Avqust 2026 14:11
113
“Sabah”ın iki futbolçusu Çempionlar Liqasında liderlər arasındadır

“Sabah”ın futbolçuları UEFA Çempionlar Liqasının təsnifat mərhələsində fərdi göstəriciləri ilə diqqət çəkirlər.

UEFA-nın rəsmi statistikasına görə, komandanın polşalı müdafiəçisi Tymoteusz Puchacz 3 məhsuldar ötürmə ilə turnirin təsnifat mərhələsində assistlər üzrə liderlər sırasında yer alır. O, bu göstəricidə Everton Bala (“Levski”, Bolqarıstan) və Yosip Mişiç (“Dinamo” Zaqreb, Xorvatiya) ilə eyni nəticəyə malikdir.

“Sabah”ın serbiyalı yarımmüdafiəçisi Veljko Simiç isə 3 qolla bombardirlər siyahısında liderlər qrupunda yer alır. UEFA-nın hazırkı statistikasında Simiç 3 qolla Everton Bala və Yosip Mişiçlə birlikdə ilk pilləni bölüşür.

Qeyd edək ki, Simiç “Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Aarhus”a qarşı səfər oyununda da fərqlənib. Azərbaycan təmsilçisi həmin qarşılaşmada 1:2 hesabı ilə məğlub olub.

İdman.Biz