Brunu Qimaraynş rəsmi olaraq “Arsenal”da

8 Avqust 2026 16:24
89
Brunu Qimaraynş rəsmi olaraq “Arsenal”da

İngiltərənin “Nyukasl” futbol klubunun yarımmüdafiəçisi Brunu Qimaraynş karyerasını “Arsenal”da davam etdirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliya millisinin 28 yaşlı üzvü “topçular”la 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

Sözləşmədə müddətin artırılmasına aid bənd yer alıb.

Futbolçu yeni komandasında 39 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bu keçid “Arsenal”a 87 milyon avroya başa gəlib.

İdman.Biz