Türkiyənin “Trabzonspor” futbol klubuna keçən Məhəmməd Salaha Türkiyədə torpaq sahəsi hədiyyə edilib.
İdman.Biz bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.
Trabzon şəhərinin meri misirli futbolçuya ərazinin qlobal istiləşmədən ciddi şəkildə təsirlənməyəcəyinə və onun illər sonra da övladları və nəvələri ilə burada rahat yaşaya biləcəyinə zəmanət verib.
“Bu, övladlarınız və nəvələriniz üçün gözəl məkandır. Burada su problemi olmayacaq və ərazi iqlim dəyişikliyindən demək olar ki, zərər görməyəcək”, – deyə mer bildirib.
