Kriştianu Ronaldu ilə Corcinya Rodriges bu gün rəsmi nigaha daxil olurlar

8 Avqust 2026 16:04
109
Kriştianu Ronaldu ilə Corcinya Rodriges bu gün rəsmi nigaha daxil olurlar

Düna futbolunun ulduzu Kriştianu Ronaldu bu gün sevgilisi Corcinya Rodrigeslə rəsmi nikaha daxil olacaqlar.

İdman.Biz xəbər verir ki, “The Sun”un məlumatına görə, toy mərasimi Ronaldonun doğulub boya-başa çatdığı Madeyra adasında, Funşal şəhərindəki kafedralda keçiriləcək.

Yerli mətbuatın yazdığına görə, təxminən 800 nəfərlik Funşal Kafedralı mərasim üçün bron edilib və cütlük daha sonra toy ziyafətinin keçiriləcəyi məkana yollanacaq.

Ronaldo və Corcinya toy ziyafəti üçün Funşaldakı beşulduzlu “Savoy Palace” otelini tamamilə rezerv ediblər.

Məlumat üçün əlavə edək ki, cütlük 2016-cı ildə Corcinanın satıcı işlədiyi “Gucci” mağazasında tanış olub və həmin vaxtdan münasibətlərini davam etdirir.

Qeyd edək ki, Ronaldu və Corcinya Rodrigesin iki bioloji övladı var - qızları Alana Martina və Bella Esmeralda. Corcinya Rodriges ümumilikdə Ronaldunun beş övladını böyüdür.

İdman.Biz