Rövşən Nəcəf: "Premyer Liqada komanda sayı artırılmayacaq" - VİDEO

Xəbərlər
13 May 2024 19:30
1 302
Rövşən Nəcəf: "Premyer Liqada komanda sayı artırılmayacaq" - VİDEO

Azərbaycan Premyer Liqasında növbəti mövsümdə komanda sayı artırılmayacaq.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf açıqlayıb.

O, qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, buna əsas səbəb zəruri infrastrukturun, resursların, hakimlərin, stadionların olmamasıdır: "Premyer Liqanın keyfiyyətinin artırılması əsas hədəflərdən biridir. Amma növbəti mövsümlərdə, bir neçə ildən sonra klubların sayının artırılmasına yenidən baxıb qərar verəcəyik. Neçə komanda artırılacağı strategiyamızdan asılı olacaq".

Qeyd edək ki, Premyer Liqada 10 komanda mübarizə aparır.

Emin Ağa
İdman.biz