Mbappedən vida məktubu

Xəbərlər
10 May 2024 22:39
149
Mbappedən vida məktubu

“Bazar günü “Park de Prens”də son oyunumu keçirəcəm. Fransanın ən böyük klubunun bir hissəsi olmaq böyük şərəfdir”.

İdman.biz xəbər verir ki, bu sözlər Fransa yığmasının hücumçusu Kilian Mbappeyə məxsusdur.

PSJ-dən gedişini rəsmi açıqlayan futbolçu vida məktubunu paylaşıb. Məktubda Kilian komanda ilə müqavilə müddətini artırmayacağını bildirib: "PSJ-də son mövsümü keçirdiyimi açıqlamaq istəyirəm. Klubla müqaviləni yeniləməyəcəm. Bütün komanda yoldaşlarıma, işlədiyim baş məşqçilərə və idman direktorlarına "çox sağ ol" deyirəm. 7 il ərzində mənə böyük sevgi bəxş edən azarkeşlərin ümidlərini heç də həmişə doğrultmamışam. Onlara təşəkkür edirəm”.

Qeyd edək ki, Mbappenin “Real”la müqavilə bağlayacağı gözlənilir.

İdman.biz