“Tottenhem” “Nyukasl”ın Arçi Qrey üçün ilk təklifini rədd edib

1 İyul 2026 19:02
96
“Tottenhem” “Nyukasl”ın Arçi Qrey üçün ilk təklifini rədd edib

“Nyukasl Yunayted” yarımmüdafiəçi Arçi Qrey üçün “Tottenhem”ə rəsmi təklif göndərib.

İdman.Biz-in Fabrizio Romanoya istinadən məlumatına görə, “Tottenhem” təklifi rədd edib.

Mənbənin məlumatına görə, klublar hazırda razılığa gələ bilməyiblər. “Nyukasl” 20 yaşlı ingilislə maraqlanır və yay transfer pəncərəsinin sonunda daha bir cəhd edə bilər. “Tottenhem” hazırda oyunçu ilə yollarını ayırmaq niyyətində deyil.

Qrey 2024-cü ilin yayında “Lids”dən 41 milyon avroya “Tottenhem”ə keçib. O, 2025/26 mövsümündə 32 oyunda meydana çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.

İdman.Biz