Almaniya Çempionlar Liqasında 5 klubla təmsil olunacaq

Xəbərlər
2 May 2024 09:31
Almaniya Çempionlar Liqasında 5 klubla təmsil olunacaq

Almaniya Çempionlar Liqasının 2024/25 mövsümündə 5 komanda ilə təmsil olunacaq.

İdman.biz xəbər verir ki, Bundesliqaya daha bir yer verilib.

Buna avrokubokların klub bölgüsündə bu ildən tətbiq olunacaq yenilik səbəb olub. 2023/24 mövsümündə ən yüksək əmsala malik olan iki ölkənin hərəsinə bir vəsiqə veriləcək. İlk iki yerdən birini öncə təmin edən İtaliyanın ardınca Almaniya da eyni uğura nail olub. Bu, “Borussiya”nın PSJ üzərindəki 1:0 hesablı qələbəsindən sonra rəsmiləşib.

Qeyd edək ki, növbəti mövsüm Çempionlar Liqasının əsas mərhələsində 36 komanda mübarizə aparacaq.

İdman.biz

Məqalədə: