“Real” “Barselona”nı cəzalandırmaq üçün UEFA-ya təzyiqləri artırır

3 Oktyabr 2026 18:54
62
“Real” “Barselona”nı cəzalandırmaq üçün UEFA-ya təzyiqləri artırır

Madridin “Real” futbol klubu “Barselona” ilə Hakimlərin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Maria Neqreyra arasındakı əlaqələrlə bağlı iş üzrə UEFA-nın qərarını tezliklə açıqlamasını istəyir.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Madrid klubu məsələnin sonadək araşdırılmasında israrlıdır və qərar qəbul edilənədək UEFA-ya təzyiq göstərmək niyyətindədir. Bununla belə, UEFA “Real”ı məsələyə münasibətdə təmkinli və səbirli olmağa çağırıb.

“Real”ın daha əvvəl UEFA-ya bu məsələ ilə bağlı geniş hesabat təqdim edib.

Qeyd edək ki, “Real” oktyabrın 1-də Neqreyra işi ilə bağlı sənədlərin UEFA-ya təqdim edildiyini rəsmən təsdiqləyib.

İdman.Biz