Donnarumma “Qızıl top” üçün sabiq komanda yoldaşını favorit göstərdi

3 Oktyabr 2026 19:31
70
Donnarumma “Qızıl top” üçün sabiq komanda yoldaşını favorit göstərdi

“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma 2026-cı il “Qızıl top” mükafatının əsas favoritini açıqlayıb.

İdman.Biz “L’Équipe”yə istinadən xəbər verir ki, “Paris Sen-Jermen”in sabiq qapıçısı bu mükafata keçmiş komanda yoldaşı Usman Dembeleyi layiq gördüyünü bildirib.

“Qızıl top”a gəldikdə, mənim öz favoritim var - bu, Dembeledir”, - deyə Donnarumma vurğulayıb.

Qeyd edək ki, 2026-cı il “Qızıl top”un qalibi oktyabrın 26-da keçiriləcək xüsusi mərasimdə açıqlanacaq.

Mükafatın əsas namizədlərinin ümumi sayı 30 nəfərdir. Onlardan 10-u “PSJ”nin futbolçularıdır. Dembele başda olmaqla Paris klubunun heyətindən Aşraf Hakimi, Markinyos, Nuno Mendes, Vilyam Paço, Fabian Ruis, Joau Neveş, Vitinya, Ferran Torres və Xviça Kvaratsxeliya da namizədlər sırasındadır.

İdman.Biz