“Turan Tovuz” yoldaşlıq oyununda “Fənərbağça”ya uduzdu - YENİLƏNİB + VİDEO

3 Oktyabr 2026 21:59
769
“Turan Tovuz” yoldaşlıq oyununda “Fənərbağça”ya uduzdu

“Turan Tovuz” yoldaşlıq oyununda Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. 74-cü dəqiqədə Çağrı Balta fərqlənərək yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, “Turan Tovuz” və “Fənərbağça” klubları daha əvvəl də qarşılaşıblar. Komandalar 1994-cü ildə UEFA Kubokunda üz-üzə gəliblər: avqustun 9-da İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda, avqustun 23-də isə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda.

Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

21:38

"Turan Tovuz" - "Fənərbağça" oyununun 74-cü dəqiqəsində qonaqlar hesabdakı fərqi iki topa çıxarıb.

İdman.Biz xəbər verir ki, İstanbul klubunun qolunu Çağrı Balta vurub.

21:24

"Turan Tovuz" - "Fənərbağça" oyununun 60-cı dəqiqəsində qonaqlar hesabı açıb.

Idman.Biz xəbər verir ki, "Fənərbağça"nın heyətində Kante fərqlənib.

21:16

“Turan Tovuz” - “Fənərbağça” komandaları arasında keçirilən yoxlama oyununda ikinci hissə başlayıb.

İdman.Biz xəbər verir ki, birinci hissədən sonra hesab açılmayıb.

20:51

“Turan Tovuz” - “Fənərbağça” komandaları arasında keçirilən yoxlama oyununda birinci hissə başa çatıb.

İdman.Biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunun birinci hissəsində qapılara qol vurulmayıb.

Birinci hissənin 36-cı dəqiqəsində "Fənərbağça"nın futbolçusu Qrinvud kobud oynadığı üçün qırmızı vərəqə ilə cəzalandırılıb.

20:00

“Turan Tovuz” - “Fənərbağça” komandaları arasında görüş başladı.

İdman.Biz xəbər verir ki, yoxlama oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.

19:41

“Turan Tovuz”la Türkiyənin “Fənərbaxça” klubu arasında bu gün keçiriləcək yoldaşlıq matçı üçün heyətlər açıqlanıb.

İdman.Biz xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək oyuna aşağıdakı heyətlə çıxacaqlar:

“Turan Tovuz”: 35 Aleksey Kenyakin, 5 Roderik Miller, 21 Stiv Beusnar, 23 Alexandro Serrano, 77 İbrahima Vadji, 15 Emmanuel Hakman (k), 32 Hayderson Hurtado, 7 Xorxe Silva, 25 Denis Marandiçi, 11 Dioqo Balau, 28 Aleksa Yankoviç.

“Fənərbaxça”: 34 Mert, 27 Semedo, 3 Braun, 6 Quendouzi, 22 Levent, 59 Efe Yılmaz, 91 Kante, 10 Asensio, 11 Qrinvud, 54 Çağrı, 99 Alaettin.

09:36

“Turan Tovuz” futbol klubu bu gün yoxlama görüşündə Türkiyənin “Fənərbağça” klubu ilə üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. Görüşdən əldə ediləcək gəlir isə Qarabağ Dirçəliş Fonduna ianə olunacaq.

İdman.Biz