Rəşad Sadıqov: “Ayxan Abbasovun gördüyü işin nəticəsi olacaq”

3 Oktyabr 2026 19:44
67
Rəşad Sadıqov: “Ayxan Abbasovun gördüyü işin nəticəsi olacaq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la yoxlama oyunundan (1:3) sonra Azərbaycan millisinin Lixtenşteynlə heç-heçəsini və baş məşqçi Ayxan Abbasovun fəaliyyətini dəyərləndirib.

İdman.Biz xəbər verir ki, Sadıqov millinin qarşılaşmada kifayət qədər qol imkanları yaratdığını, lakin fürsətlərdən yararlana bilməməyin komandanın üzərindəki təzyiqi artırdığını bildirib.

O qeyd edib ki, qarşıdakı Litva ilə oyun Azərbaycan millisi üçün daha böyük əhəmiyyət daşıyır:

"Ümid edirəm Litvanı Bakıda məğlub edib, Lixtenşteyni də səfərdə udub qrup birincisi olarıq".

“Fikrimcə, Lixtenşteynlə oyunda yaxşı epizodlarımız oldu. Sadəcə, onları qola çevirə bilmədikcə futbolçuların üzərində stress artır. Belə məqamlarda bir qol vurmaq komandaya böyük rahatlıq gətirə bilər” - deyə Rəşad Sadıqov vurğulayıb.

Mütəxəssis Ayxan Abbasovun milli komandada gördüyü işlərə də münasibət bildirib. Onun sözlərinə görə, baş məşqçinin həyata keçirdiyi işlərin nəticəsini görmək üçün zamana ehtiyac var.

“Ayxan Abbasov millidə ciddi işlər görür. Düşünürəm ki, onun gördüyü işin nəticəsi yaxın gələcəkdə olacaq. Millidə dəyişikliklər üçün müəyyən zaman lazımdır. Qarşıdakı oyunlarda komandanın daha da yaxşı təsir bağışlayacağına inanıram”.

İdman.Biz