Jezuş Ronaldu ilə barışıq görüşünə razılaşdı, hücumçu hələ cavab verməyib

3 Oktyabr 2026 19:15
68
Jezuş Ronaldu ilə barışıq görüşünə razılaşdı, hücumçu hələ cavab verməyib

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş hücumçu Kriştianu Ronaldu ilə barışıq məqsədilə görüş keçirilməsi təklifini qəbul edib.

İdman.Biz “A Bola”ya istinadən xəbər verir ki, Jezuş bu görüş vasitəsilə ictimaiyyətin milli komandanın məşqçilər korpusuna və futbolçulara göstərdiyi təzyiqi azaltmaq istəyir.

Bununla belə, Ronaldu hələlik görüşə razılıq verməyib. Portuqaliya Futbol Federasiyası isə futbolçunun ətrafı ilə daim əlaqə saxlayır.

Qeyd edək ki, Ronaldu Jezuşun komandada heç bir münaqişənin olmadığını bildirməsinə baxmayaraq, Millətlər Liqasının üçüncü turunda Danimarka ilə oyundan (3:2) əvvəl milli komandanın düşərgəsini tərk edib. Jezuş bundan əvvəl mətbuat konfransında Ronaldunun Danimarka ilə matçda iştirak etməyəcəyini açıqlamışdı.

Portuqaliya mətbuatında isə Ronaldunun milli komandadakı karyerasını başa vurmaq niyyətində olduğu barədə məlumatlar yayılıb.

İdman.Biz