U-20 millimiz Moldovaya uduzdu - YENİLƏNİB

3 Oktyabr 2026 20:21
374
U-20 millimiz Moldovaya uduzdu

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsində ilk yoldaşlıq oyununu keçirib.

İdman.Biz xəbər verir ki, milli komandamız Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən görüş rəqibin 1-0 qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu oktyabrın 6-da Yaponiya yığmasına qarşı keçirəcək.

Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 16:00-da başlanacaq.

10:37

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, U-20 millimiz Moldova ilə üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, U-20 millimiz toplanış çərçivəsində növbəti yoldaşlıq oyununu oktyabrın 6-da Yaponiyaya qarşı keçirəcək.

İdman.Biz