Milli komandaların oyunları ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan fasilədən yararlanan “Qarabağ” və “Zirə” bu gün yoxlama oyununda qarşılaşıblar.
İdman.Biz xəbər verir ki, “Azersun Arena”da keçirilən görüş “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın heyətində Aleksey Kaşuk dubl edib və Zakaria Savo fərqlənib. "Zirə"nin yeganə qolunu isə Dameyn Smit vurub.
14:01
Milli komandaların oyunları ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan fasilədən yararlanan “Qarabağ” və “Zirə” bu gün qüvvələrini yoldaşlıq görüşündə sınayacaqlar.
İdman.Biz xəbər verir ki, komandalar arasında baş tutacaq yoxlama oyunu "Azersun Arena"da keçiriləcək.
Hazırlıq xarakteri daşıyan bu qarşılaşma saat 17:00-da start götürəcək.
