“Qəbələ” futbol klubu milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə növbəti yoxlama oyununu keçirib.
İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi Qəbələ şəhər stadionunda Yaponiyanın U-20 millisi ilə qarşılaşıb.
Görüş Yaponiya yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Komanda sentyabrın 27-si “Karvan Yevlax”la üz-üzə gəlib və qosluz heç-heçəyə razılaşıb.
Bölgə təmsilçisi Misli Premyer Liqasının yeddinci turunda oktyabrın 10-da səfərdə “Sumqayıt”la üz-üzə gələcək.
