Xavinin qərarını dəyişən səbəb

Xəbərlər
30 Aprel 2024 20:17
100
Xavinin qərarını dəyişən səbəb

"Barselona"nın baş məşqçisi Xavi komandada qalmasına aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, gənc mütəxəssis qərarını dəyişmə səbəbini açıqlayıb.

Xavi "Barsa"nın hər şeydən öndə gəldiyini deyib. O, komandadan böyük dəstək aldığını bildirib: "Hər şey qaydasındadır. Yanvarda baş verənlərə görə məsuliyyət daşıdığımı hiss edirdim. Ona görə də, prezidentlə müzakirələr apardıq, indi vəziyyət dəyişib. Kataloniyalılar çox emosionaldır. Klub tərəfindən, həmçinin Deku və futbolçuların dəstəyini hiss edirəm".

Qeyd edək ki, klub prezidenti Joan Laporta ilə keçirdiyi mətbuat konfransında 44 yaşlı mütəxəssis komandadakı fəaliyyətini davam etdirəcəyini bildirib.

İdman.biz