Azərbaycan yığması Albaniya ilə Macarıstanda oynayacaq

Xəbərlər
29 Aprel 2024 18:04
Azərbaycan yığması Albaniya ilə Macarıstanda oynayacaq

Azərbaycan milli komandasının Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşünün məkanı və başlama saatı müəyyənləşib.

İdman.biz xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.

Bildirilib ki, oyun iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da “Haladas SportKomplexum” stadionunda baş tutacaq. Qarşılaşma Macarıstanda keçiriləcək.

İdman.biz