Türkiyəli futbolçu Arda Gülər “Real”ın heyətində ikinci qolunu vurub.
İdman.biz xəbər verir ki, gənc ulduz “Real Sosyedad”la oyunda vurulan yeganə topun müəllifi olub.
Madrid klubu 33-cü turda səfərdə 1:0 hesabı ilə qalib gəlib. Arda “Real”a çempionluq yarışında mühüm qələbə qazandırıb. Xalını 84-ə yüksəldən karlo Ançellotinin yetirmələri ən yaxın izləyicisini 14 xal qabaqlayır.
Qeyd edək ki, Gülər ilk qolunu “Selta”nın qapısından keçirib.
İdman.biz