Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - YENİLƏNİB + VİDEO

6 Sentyabr 2026 19:55
1 240
Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - YENİLƏNİB + VİDEO

Misli Premyer Liqasının dördüncü turunda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edib.

İdman.Biz xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı doqquzuncu dəqiqədə “Sumqayıt” açıb. Ronaldo Vaskes fərqlənərək qonaqları önə keçirib.

“Turan Tovuz”un cavabı gecikməyib. Jo Batista 20-ci dəqiqədə hesabı bərabərləşdirib və komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.

Meydan sahiblərinə qələbə qazandıran qol ikinci hissədə vurulub. Jorje Silva 60-cı dəqiqədə fərqlənərək “Turan Tovuz”u hesabda önə çıxarıb – 2:1.

Qalan dəqiqələrdə hesab dəyişməyib və Kurban Berdıyevin komandası mövsümdə ikinci qələbəsini qazanıb.

Bu nəticə ilə “Turan Tovuz” xallarının sayını yeddiyə çatdırır. “Sumqayıt” isə hələ xal hesabını aça bilməyib.

19:19

Jorje Silva 60-cı dəqiqədə "Turan Tovuz"u hesabda önə çıxarır - 2:1.

19:01

“Turan Tovuz” - “Sumqayıt” qarşılaşmasında ikinci hissə başladı.

İdman.Biz xəbər verir ki, ilk hissədən sonra hesab 1:1-dir.

18:47

Misli Premyer Liqasının dördüncü turu çərçivəsində keçirilən “Turan Tovuz” - “Sumqayıt” qarşılaşmasında ilk hissə başa çatdı.

İdman.Biz xəbər verir ki, 45 dəqiqənin sonunda komandalar hərəyə bir dəfə fərqləniblər.

18:20

"Turan Tovuz"un qol silahı Jo Batista 20-ci dəqiqədə hesabı bərabərləşdirir - 1:1.

18:08

Ronaldo Vaskez doqquzuncu dəqiqədə "Sumqayıt"ı hesabda önə çıxarır.

17:58

Misli Premyer Liqasının dördüncü turu çərçivəsində keçirilən “Turan Tovuz” - “Sumqayıt” qarşılaşması başladı.

16:50

Misli Premyer Liqasının dördüncü turunda günün ilk oyunu Tovuz şəhər stadionunda keçiriləcək. Görüş saat 18:00-da başlayacaq

İdman.Biz xəbər verir ki, “Turan Tovuz” - “Sumqayıt” qarşılaşması üçün start heyətlər açıqlanıb:

“Turan Tovuz”: 35. Aleksey Kenyaykin 17. Rəhim Sadıxov 3. Enrike Silva 90. Jo Batista 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 8. David Tavareş 11. Dioqo Balau.

Baş məşqçi: Kurban Berdiyev.

“Sumqayıt”: 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi (k) 7. Rüstəm Əhmədzadə 17. Nihad Əhmədzadə 4. İsa Suliman 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 80. Keffel Resende 55. Lukas Blek 21. Tiaqo Almeyda 5. Renan Santana.

Baş məşqçi: Filipe Kandido.

09:18

Bu gün Misli Premyer Liqasının dördüncü turunda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”la qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Şirmamed Mamedov və Kərim Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ruslan Quliyev yerinə yetirəcək.

VAR hakimi Kamal Umudlu, AVAR hakimi isə Vüsal Məmmədov olacaq. Görüşün hakim-inspektoru Orxan Məmmədov, AFFA nümayəndəsi isə Seymur Səlimlidir.

Komandalar indiyədək Premyer Liqada 15 dəfə üz-üzə gəliblər. Bu oyunların yeddisində “Turan Tovuz”, dördündə “Sumqayıt” qalib gəlib, daha dörd qarşılaşma heç-heçə başa çatıb. Topların nisbətində də Tovuz klubu öndədir - 21:17.

“Turan Tovuz” rəqibinə qarşı son dörd çempionat oyununun hamısında qələbə qazanıb. Ötən mövsümdə komandalar arasında keçirilən son görüşdə də Tovuz təmsilçisi 2:1 hesabı ilə üstün olub.

İdman.Biz