“Sabah” “Qarabağ”la oyundan əvvəl son məşqini keçirib - FOTO

24 Oktyabr 2026 23:49
113
“Sabah” “Qarabağ”la oyundan əvvəl son məşqini keçirib

“Sabah” komandası Misli Premyer Liqasının doqquzuncu turunda “Qarabağ”la keçiriləcək oyundan əvvəl son məşqini tamamlayıb.

İdman.Biz xəbər verir ki, “Sabah Arena”da keçirilən məşqlə komanda qarşılaşmaya hazırlığını başa vurub.

“Bütün diqqətlər “Qarabağ”la oyuna! Sabahkı qarşılaşma öncəsi son məşqimizi tamamladıq. Hazırıq!” - deyə klubun paylaşımında qeyd olunub.

Xatırladaq ki, “Sabah” - “Qarabağ” görüşü oktyabrın 25-də saat 18:00-da “Sabah Arena”da keçiriləcək. Bu, “Sabah”ın həmin arenada ilk ev oyunu olacaq.

İdman.Biz