“Kəpəz” futbol komandasının kapitanı Dioqo Verdaska məşqdə zədələnib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, portuqaliyalı müdafiəçinin Misli Premyer Liqasının beşinci turunda, sentyabrın 12-də “Qəbələ”yə qarşı oynayıb-oynamayacağı sual altındadır.
Buna tibbi müayinənin nəticəsindən sonra aydınlıq gələcək.
