Türkiyənin “Turgutluspor” futbol klubunda tarixi təyinat reallaşıb.
İdman.Biz xəbər verir ki, klub 2004-cü il təvəllüdlü Zeynəb Məstanı baş məşqçi vəzifəsinə gətirib. Bununla da Mestan “Turgutluspor” tarixində komandanı çalışdıracaq ilk qadın baş məşqçi olub.
İzmirdə anadan olan Zeynəb Məstan daha əvvəl qadınların həvəskar liqalarında futbol oynayıb. O, futbolçu karyerası ərzində Bornova komandalarının formasını geyinib.
Qeyd edək ki, “Turgutluspor” ötən mövsüm Regional Həvəskar Liqanı 10-cu pillədə başa vurub. Komanda yeni mövsümdə tarixində ilk dəfə Super Həvəskar Liqada mübarizə aparacaq.
