Fransa Liqa 1-in üçüncü turunda “Marsel” öz meydanında “Paris”ə 2:3 hesabı ilə məğlub olub.
İdman.Biz xəbər verir ki, “Oranj Velodrom” stadionunda keçirilən qarşılaşmada hesab artıq 1-ci dəqiqədə açılıb. Lassine Sinayoko qonaqları önə keçirib.
Səkkizinci dəqiqədə Amin Quiri hesabı bərabərləşdirib. Lakin 19-cu dəqiqədə Sinayoko ikinci qolunu vuraraq “Paris”i yenidən önə çıxarıb.
53-cü dəqiqədə Quiri dublunu rəsmiləşdirərək hesabı 2:2 edib. Matçın taleyini isə 86-cı dəqiqədə Lassine Sinayoko həll edib. O, penaltidən fərqlənərək het-trik edib və “Paris”ə 3:2 hesablı qələbə qazandırıb.
Bu nəticədən sonra “Paris” yeddi xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Marsel” isə üç xalla 11-ci yerdədir.
Növbəti turda “Marsel” sentyabrın 11-də səfərdə “Renn”lə, “Paris” isə bir gün sonra öz meydanında “Lion”la qarşılaşacaq.
21:14
Fransa Liqa 1-də “Anje” və “Renn” üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesab doqquzuncu dəqiqədə açılıb. Sebastyan Şimanskinin ötürməsindən sonra Pşemıslav Frankovski fərqlənərək “Renn”i önə keçirib.
17-ci dəqiqədə “Anje”nin futbolçusu Jordan Lefor avtoqol müəllifi olub və fərq iki topa çatıb.
Meydan sahibləri 35-ci dəqiqədə Karlan Arkusun qolu ilə hesab arasındakı fərqi azaldıblar. Bu epizodda məhsuldar ötürməni Branko van den Bomen verib.
Qalan dəqiqələrdə hesab dəyişməyib və “Renn” səfərdən üç xalla dönüb.
Bu nəticədən sonra “Renn” yeddi xala çatıb. “Anje”nin isə üç xalı var.
19:17
Fransa Liqa 1-də “Trua” və “Strasbur” üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, qarşılaşma qonaqların 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahibləri doqquzuncu dəqiqədə Antuan Millin qolu ilə hesabı açıblar. “Strasbur” 40-cı dəqiqədə Hakobo Orteqanın qolu ilə bərabərliyi təmin edib. Bu epizodda məhsuldar ötürməni Jessim Yassin verib.
Cəmi üç dəqiqə sonra Diogu de Souza qonaqları hesabda önə çıxarıb. İkinci hissədə “Strasbur” üstünlüyünü daha da artırıb. 57-ci dəqiqədə Covanni Reyna fərqlənib.
Daha sonra Samuel Amo-Ameyou dubl edib, Konrad Harder də adını tabloya yazdırıb. Görüşdə son qolu Jeremi Le Duaron vurub.
