Kərim Benzema Kəbəni ziyarət edib - FOTO

9 Sentyabr 2026 10:44
418
Kərim Benzema Kəbəni ziyarət edib - FOTO

Hazırda klubsuz olan dünya şöhrətli futbolçu Kərim Benzema Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbəni ziyarət edib.

İdman.Biz xəbər verir ki, fransalı ulduz ehram geyimində Kəbənin qarşısında çəkdirdiyi fotosunu şəxsi sosial media hesabında paylaşıb.

Benzema paylaşımına “Alhamdulillah for everything...” (“Hər şey üçün Allaha şükür”) qeydini əlavə edib.

Futbolçunun Kəbənin qarşısından etdiyi paylaşım qısa müddətdə minlərlə bəyənmə toplayıb.

İdman.Biz